XƏBƏR

HAQQINDA

Taxıl əkinlərində yemləmə gübrəsinin verilməsi ilə bağlı regionlarda  maarifləndirici tədbirlərə başlanılıb

Taxıl əkinlərində yemləmə gübrəsinin verilməsi ilə bağlı regionlarda maarifləndirici tədbirlərə başlanılıb

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin təşkilatçılığı ilə payızlıq taxıl əkinlərində aqrotexniki tədbirlərin, o cümlədən sahələrə yemləmə gübrəsinin verilməsi və alaq otlarına qarşı mübarizənin aparılmasına dair yerlərdə maarifləndirici tədbirlərə başlanılıb.Azərbaycan Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyası ilə birgə Kürdəmir və Ağsu rayonlarında Nazirliyin və Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə təlimlər keçirilib. Təlimlərdə Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin sektor müdirləri Faiq Bayramov və İzzət Talıbov, eləcə də Kürdəmir və Ağsu Dövlət Aqrar İnkişaf mərkəzlərinin mütəxəssisləri, taxılçılıqla məşğul olan 40-dan çox fermer iştirak ediblər.Təlimlərdə mütəxəssislər tərəfindən iştirakçılara yaz tarla işlərinin başlanması ilə əlaqədar payızlıq taxıl əkinlərində görüləcək işlər, gübrələrdən düzgün istifadə edilməsi, onların verilmə vaxtları və normaları, yemləmə üçün istifadə olunan ammonium nitrat və karbamid gübrələri, eləcə də alaq otları, xəstəlik və zərərvericilərə (gəmiricilərə, həşəratlara və s.) qarşı mübarizənin təşkil edilməsi qaydaları izah edilib və müvafiq tövsiyələr verilib.Bildirilib ki, gübrələrdən vaxtında və düzgün istifadə bitkini ehtiyac duyduğu dövrdə qida maddələri ilə təmin edir, onun inkişafını və məhsuldarlığını artırır. Həmçinin, təlimlərdə karbamid gübrəsinin digər azotlu gübrələrdən üstün cəhətləri izah edilib, onun tərkibində təsiredici maddənin çox olması, kökdən və kökdənkənar yemləmə kimi verilə bilməsi, eləcə də iqtisadi cəhətdən səmərəli olması barədə geniş məlumat verilib.Təlimlərdə fermerlərin sualları cavablandırılıb və onları maraqlandıran digər məsələlər izah edilib. Tədbirlərin davamı olaraq taxıl əkini sahələrinə baxış keçirilib və mövcud vəziyyət, çətinliklər və onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Bu sahə üzrə təlimlərin respublikanın digər rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.
chrysamed
italpollina
genta
hektas
basf
chrysamed
chrysamed
chrysamed
chrysamed
Spiess
basf
basf
basf
basf
basf
basf
basf
basf
basf
basf
basf
basf
basf
basf
webba
avgust
torosagro
torosagro
torosagro
torosagro
torosagro
torosagro
torosagro
torosagro
torosagro