Biz kimik ? “EMA” şirkəti Azərbaycanda 1996-cı ildə fəaliyyətə başlayan, Pest Control sahəsində ilk və qabaqcıl şirkətlərdən biridir. Əməkdaşlarımızın müştərinin hər bir problemi ilə yaxından maraqlanması, onlara keyfiyyətli xidmətin göstərilməsi və işimizə zəmanət verilməsi bizim başlıca dəyərlərimizdir.
Məqsədimiz: «EMA» QSC gördüyü hər bir xidməti Beynəlxalq Standartlara uyğun, yüksək keyfiyyətli, ətraf mühitə ziyan vurmadan və tam təhlükəsiz şəkildə həyata keçirir. Xidmətlərimizdə dünyanın ən qabaqcıl firmalarının istehsalı olan preparat və texnologiyalardan istifadə olunur. Xidmət zamanı Dünya Sağlamlıq Təşkilatının təsdiqlədiyi kimyəvi dərmanlar istifadə ediləcək və insan sağlamlığına heç bir zərəri olmayacaqdır.
Üstünlüyümüz: Biz, İSO – 9001:2000 (Keyfiyyətə nəzarət standartları), İSO - 14001 (Ətraf mühit idarəetmə standartları), OHSAS - 18001 (Peşə sağlamlığı və təhlükəsizliyi standartları) Beynəlxalq Standartların tələblərinə əsasən yeni İPM texnikalarını və yüksək keyfiyyətli dərman preparatlarını tətbiq etməklə təhlükəsiz xidmət yaradırıq.
Heyətimizin peşəkarlıq səviyyəsi: Bizim heyətimiz xüsusi təlim keçmiş və sertifikat almış peşəkarlardan ibarətdir.