Məlum
olduğu kimi, Kənd Təsərrüfatı insan fəaliyyətinin başlıca və qədim sahəsidir.
Bu səbəbdən dolayı Respublikamızda fəaliyyətinin daha əlverişli şəkildə
inkişafını nəzərə alaraq, bu sahədə təlimlərinin keçirilməsi “EMA” QSC-nin daim
diqqət mərkəzində olub. Bu məqsədlə, Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik
Hüquqi Şəxs və “EMA QSC” -nin birgə layihəsi əsasında təlimlərin keçirilməsi məqsədəuyğun
hesab edilmişdir.Təlimlərin keçirilməsi Azərbaycanın bir çox bölgələrində
müzakirə obyekti kimi qüvvədədir. İlk təlimimiz 21 Sentyabr 2021-ci il tarixindən
etibarən başlayır.İlk iki təlim Biləsuvar
və Beyləqan rayonunda keçirilən “Pambıq
bitkisinin yetişdirilməsinə mane olan zərərvericilərin müəyyənləşdirilməsi və
mübarizə yolları” haqqında olacaqdır. Sentyabr ayı üzrə nəzərdə tutulan növbəti
təlim 28-29 sentyabr 2021-ci ildə Şəmkir rayonunda bölgədəki pamidor və xiyar
bitkilərindəki alaq otları, xəstəlik və ziyanvericilər haqqında məlumat və mübarizə yolları haqqında keçiriləcək. Mövzular Kənd Təsərrüfatının bir çox sahələrini
əhatə edir. Təlimlərdə işinin peşəkarı hesab olunan yerli və əcnəbi aqronomlar
tərəfindən müzakirə və məlumatlar öz əksini tapacaqdır. Təlimlərdə əsas diqqəti
Kənd Təsərrüfatı sahəsində məhsuldarlığın artırılması məqsədilə ilkin tədbirlərin
görülməsi, xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri, həmçinin dərmanlama
prinsipləri və istifadə olunan gübrələrin miqdarı əsas müzakirə obyekti olacaq.
Eyni zamanda təlimlərdə ekologiya, insan
sağlığı və ətraf mühitin qorunması mövzusunda da məlumatlandırıcı çıxışlar
olacaqdır. Tarix aralığı ilə təşkil olunan təlimlər Azərbaycanın bir çox
rayonlarında təşkil olunacaqdır.