Kalsium Nitrat
Kalsium Nitrat - Azot və kalsiumun nitrat birləşməsi bitki tərəfindən mənimsənilməsi üçün optimal formadadır. Faydalı cəhətlərindən biri toxuma divarlarını möhkəmlətməsidir. Kalsiumlu gübrələrlə qidalanma zamanı məhsulun xarici görünüşü yaxşılaşır. Onun saxlanma müddəti artır. Bu gübrənin istifadəsi zamanı məhsuldarlıq 10-15 % artır. Meyvə tərəvəzin keyfiyyəti yüksəlir. Kök sisteminin inkişafını, əsasəndə onun çox aktiv zonası olan kök saçaqlarının inkşafını stimullaşdırır. Membranların formalaşmasına, bitki toxumalarının divarlarının möhkəmlənməsinə, maddələr mübadiləsi və fotosintez prosesinin gücləndirilməsinə kömək edir. Fermentlərin fəaliyyətini aktivləşdirir. Karbohidrogenlərin daşınmasına və azotun bitkilər tərəfindən mənimsənilməsinə yardımçı olur. Ətraf mühitin stress faktoruna qarşı (göbələk və bakterial xəstəliklər, kalsium çatışmamazlığından əmələ gələn bibər və pomidor çürüklülüyü, kartof mətinin qızarması, alma meyvələrinin acılığı) bitkilərin dözümlülüyünün artması müşahidə olunur. Meyvə və tərəvəzin saxlanılmasının keyfiyyət xarakteristikasını artırır. SOLAR-ın kalsium nitratı hətta əlverişsiz iqlim şəraitində tez təsir etmə ilə xarakteristə olunur: Aşağı temperatur, yüksək nəmlilik, quraqlılıq, aşağı pH. Nitratlı azotun istifadəsi kalsium, maqnezium, kalium və digər kalionların udulmasına kömək edir. Bu gübrə problemli, turş torpaqlar üçün yaxşı ext-align həlldir. 2-3% konsentrasiyada kalsium selitrası yarpaqdan qidalanma üçün istifadə olunur. Əksər hallarda bitkilərin kalsium çatışmamazlılığı simptomunun aradan qaldırılması üçün istifadə olunur.
Qablaşdırma 25kq.
Plant Name | Illness Name | Expenses Norm | The time between end use and harvest |
---|